Onlayn ictimai-siyasi qəzet
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün öz malikanəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüş keçirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb.
“Söhbət zamanı Ermənistan və Qarabağ ermənilərini narahat edən demək olar ki, bütün problemlərə toxunulub”, - deyə Musinyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti bu il yanvarın 27-də Rusiya səfiri ilə görüşmüşdü. Həmin vaxt tərəflər Laçın dəhlizinin bağlanması problemini müzakirə etmişdilər.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ