Onlayn ictimai-siyasi qəzet
Son günlər sosial şəbəkələrdə led işıqların tamamilə qadağan edildiyi və bunun üçün 150 manat cərimə tətbiq olunduğu barədə məlumatlar yayılır.
Bəs led işıqlara görə cərimə var?
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi insanlar led işıqlarının ümumiyyətlə istifadəsinin qadağan olduğunu düşünürlər, amma belə bir qadağa yoxdur.
"Led işıqları istifadə etmək olar, lakin bu işıqlar avtomobilin elektrik sistemi ilə uyğun olmalı və amperin qısa qapanma nəticəsində yanğına səbəb olmayacaq orijinal lampalarla təchiz edilməlidir".
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, hər bir nəqliyyat vasitəsinin texniki şəhadətnaməsində onun texniki parametrləri ilə bağlı bütün məlumatlar yerləşdirilir.
"Müxtəlif avadanlıqları alarkən istehlakçılar nəzərə almalıdırlar ki, istehsalçı tərəfindən müəyyən edilmiş avadanlıqların təchiz olunması təmin edilməlidir. Led işıqları standartlardan kənara çıxarsa, onlar qadağan edilir".
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ