İnsanlara hürriyət, millətlərə istiqlal!

Le Penin ölümü Fransada atəşfəşanlıqla qarşılandı - VİDEO

Fransada solçu fəallar sağçı radikal "Milli Cəbhə" partiyasının yaradıcısı Jan-Mari Le Penin ölümünü atəşfəşanlıq və şampanla qeyd ediblər.

Musavat.com xəbər verir ki, onlar Parisdəki Respublika meydanında, eləcə də Lion və Marseldə toplaşıblar. Gənclər "nəhayət" və "qutluş" yazılmış lövhələri tutaraq Le Penin ölümünü şampanla qeyd ediblər.

Jan-Mari Le Pen 1972-ci ildən 2011-ci ilə qədər "Milli Cəbhə"ni idarə edib və beş dəfə Fransa prezidenti postuna namizəd olub. 2011-ci ildə partiyanı qızı Marin Le Pen idarə etməyə başlayıb, lakin bu ikisi arasında siyasi məsələlər üzrə fikir ayrılıqları yaranıb. 

Le Pen miqrasiya siyasəti və Avropa inteqrasiyasından çıxmaq mövzusunda sərt mövqeyilə tanınırdı. O, həmçinin bir neçə dəfə ictimai təhqirlər, nifrət və zorakılıq təbliğatı səbəbindən məhkəməyə cəlb edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR