Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyünün qorunması ilə bağlı bəyanatıyla razı olmadığını bildirib.
Musavat.com-un xəbərinə görə, o, “Kommersant”a müsahibəsində iki il əvvəl Tokayevin Ukraynadakı müharibə ilə bağlı cəsarətli çıxışına indi cavab verib.
Lavrovun sözlərinə görə, Qazaxıstan prezidenti BMT Nizamnaməsinin yalnız bir prinsipini əsas götürür:
“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu çıxışı yadımdadır. Onunla razı deyiləm. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona dedim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, onda onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər”.
Sergey Lavrov bildirib ki, BMT Nizamnaməsi insanların öz müqəddəratını təyin etmək hüququndan da bəhs edir:
“Hökumətləri öz ölkəsinin ərazisində bütün insanları təmsil edən dövlətlərdə ərazi bütövlüyünə hörmət edilir”.
Lavrov mövcud Ukrayna hakimiyyətinin Donbas və Krımın maraqlarını təmsil etmədiyini iddia edib. Həmçinin Ukraynanı Donbas və Odessada hansısa qəddarlıqlar törətməkdə ittiham edib.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ