Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibə verib.
Musavat.com-un agentliyə istinadən xəbərinə görə, "Ermənistan Rusiyanı itirə bilərmi?" sualına nazir belə cavab verib:
"Rusiyanı itirmək, özünə yeni dostlar tapmaq istəyənlər çoxdur. Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazda maraqlarını tamamilə gözardı etmək mümkün deyil. Hərçənd, İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər, hətta bu barədə birbaşa danışırlar. Oxşar fikir baş nazir Nikol Paşinyanın son çıxışında da özünü göstərib. O, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün ümid etdiyi “uğursuz” ittifaqları kompensasiya etmək və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirmək zərurətindən danışırdı. Əgər onlar ABŞ-a arxalanırsa, yəqin ki, yaxın tarixə, ABŞ-ın öz himayəsinə götürmək istədiyi şəxslərlə necə rəftar etdiyinə nəzər salmaq yaxşı olardı. ABŞ-ın geosiyasi maraqlarını dünyanın müxtəlif bölgələrində təbliğ edən şəxslərin taleyinə qibtə etmək olmaz".
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ