İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan SENSASİON AÇIQLAMA: "Krım və dörd yeni regionun..."

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Krım və Rusiya tərəfindən birləşdirilən dörd yeni regionun beynəlxalq səviyyədə tanınmasının vacib olduğunu vurğulayıb. O, bu fikri Braziliyanın O Globo qəzetinə verdiyi müsahibəsində bildirib.

Musavat.com xəbər verir ki, Lavrov, həmçinin Rusiyanın təhlükəsizlik zəmanətlərini təmin etmək üçün səylərini artıracağını qeyd edib: "Biz, NATO-nun, Avropa İttifaqının və onların bəzi üzv dövlətlərinin qərb sərhədlərimizdə apardıqları düşmən fəaliyyəti nəticəsində yaranan təhlükələrə qarşı Rusiya Federasiyasının etibarlı təhlükəsizlik zəmanətlərini əldə etməyə davam edəcəyik."

Rusiya Xarici İşlər Naziri, Ukrayna məsələsində danışıqlara açıq olduqlarını, lakin danışıqların "Moskvanın tərəfində olmadığını" qeyd edib. Onun sözlərinə görə, Kiyev hələ də razılaşma üçün yetərli iradə göstərmir.

Lavrov, həmçinin ABŞ ilə Rusiya arasında Ukrayna məsələsinin həlli istiqamətində dialoqun davam etdiyini bildirib və Moskvanın qarşılıqlı qəbul edilə bilən nəticələrə ümid etdiyini vurğulayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR