Şairə və qiraətçi Nazilə Səfərli səhhətində yaranmış ciddi problemdən söz açıb.
Bu haqda sənətçi ilk dəfə “Afaqla 10lar” verilişinə müsahibəsində danışıb.
Səfərli bildirib ki, deformasiya nəticəsində bir ayağı digərindən kiçilib:
“Alçaqdaban ayaqqabı geyinirəm. Hamıdan gizlətdiyim bir dərdim var idi. Bir ayağım digər ayağımdan 3 santimetr yarım kiçilmişdi. Bunun nəticəsində yeriməyimdə deformasiya olmuşdu. Buna görə insanlardan qaçırdım. Ayaqqabının digər tayının daban hissəsinə əlavə 3 santimetr yarım dabanlıq vuruldu. Yeriməyimdən kompleks keçirirdim və ona görə insanlardan gizlənirdim. Bu isə məni hüzursuz edirdi, üzüm gülmürdü”.
Bu problemini əməliyyatla aradan qaldıran Nazilə son zamanlar aqressiv olmasını belə şərh edib:
“Canım ağrıyırdı deyə insanlara aqressiv cavab verirdim. Amma bunların hamısı getdi. Mən dərdlərimi heç kimə danışmıram. Ona görə də insanların çoxu mənə qarşı aqressivdir. Elə düşünürlər ki, yekəxana və özümdən razıyam. Bir söz demirəm, canları sağ olsun. Amma dərdlərim və ağrı-acılarımla heç zaman gündəmə gəlmək istəmirəm”. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ