Onlayn ictimai-siyasi qəzet
Çin Hindistanla artan gərginlik fonunda Pakistanın ərazi bütövlüyü və suverenliyini müdafiə etmək səylərinə açıq dəstək ifadə edib.
Musavat.com xəbər verir ki, Çin Xarici İşlər naziri Van İ Pakistanın Xarici İşlər naziri İshaq Darla telefon danışığı zamanı bu mövzuda Pekinin mövqeyini açıqlayıb. Söhbət Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmirdə, xüsusilə Pahalgam bölgəsində baş verən hücumdan sonra yaranmış gərgin vəziyyətə aid olub.
"Çin, etibarlı dost və hər şəraitdə strateji tərəfdaş olaraq, Pakistanın təhlükəsizlik sahəsindəki qanuni narahatlıqlarını tam anlayır onun suverenlik və təhlükəsizlik maraqlarını müdafiə səylərini dəstəkləyir", – deyə Van İ Çin Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirib.
Çin həmçinin hər iki tərəfi təmkinlik göstərməyə çağırıb.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ