İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan İrəvanda MESAJ:“Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verir”


Rusiya Ermənistanla müttəfiqlik əlaqələrini daha da dərinləşdirməyə sadiqdir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı Ararat Mirzoyanla görüş zamanı danışıb.

Musavat.com xəbər verir ki, Lavrov Rusiya-Azərbaycan-Ermənistan münasibətləri və regional təhlükəsizliklə bağlı bir sıra önəmli açıqlamalar verib.

“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasında maraqlıdır,” – deyə o bildirib.

Lavrov həmçinin vurğulayıb ki, Rusiya Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün hərtərəfli dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, Moskva üçün Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq hələ də əsas prioritetlərdən biridir.

Nazir həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını yüksək qiymətləndirib və bu addımın Qərb təzyiqlərinə baxmayaraq atıldığını qeyd edib.

Lavrov Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS kimi beynəlxalq platformalarda daha fəal iştirak etməsində Rusiyanın maraqlı olduğunu da bildirib:

“Biz istəyirik ki, Ermənistan bu perspektivli proseslərə fəal şəkildə qoşulsun.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR