İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan alman müdafiə nazirinin “Putinsiz dünya daha yaxşı olacaq” sözlərinə CAVAB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Boris Pistoriusun “Putin olmasa dünya daha yaxşı olardı”  sözlərinə sərt reaksiya verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  Rusiya XİN rəhbəri Almaniya rəhbərliyinə avropalı həmkarlarına daha yaxından baxmağı tövsiyə edib.

Rusiyalı nazir Almaniya müdafiə nazirinin bəyanatını ədəbsizlik adlandırıb.

"Dünyanın daha yaxşı olacağı və “onun kimdən xilas olması” baxımından, məncə, onlar Avropa İttifaqından olan həmkarlarından başlamalı və əslində, Almaniyanın daxili siyasətinə baxmalı idilər”,-deyə Lavrov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR