İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lavrov Minsk Qrupunu özbaşına ”dəfn edib" iddiası

Lin Treysi  deyir ki, bu bəyanat Rusiya hökuməti tərəfindən verilib və ABŞ-ın bu məsələyə yanaşmasını əks etdirmir

Aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov “ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər”, - deyə açıqlama verdi. Artıq Rusiya və Fransa Qarabağ məsələsi ilə bağlı danışıqlarda xüsusi nümayəndə belə təyin ediblər.

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi isə Bakıya gəlməzdən öncə erməni mediasına müsahibəsində Lavrovun Minsk Qrupunun fəaliyyəti ilə bağlı bəyanatını təkzib edib: “Bu bəyanat Rusiya hökuməti tərəfindən verilib, bu, razılaşdırılmış, birgə bəyanat deyil və ABŞ-ın bu məsələyə yanaşmasını əks etdirmir. Aydındır ki, Rusiya tərəfindən Ukraynaya edilən hücum Minsk Qrupunun fəaliyyətini çətinləşdirdi. Amma biz hesab edirik ki, Minsk Qrupunun həmsədrliyi formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün imkanlar var”.

Встречи происходят тогда, когда приходит нужное время и есть необходимость  – Лин Трейси о встрече Пашинян – Трамп - aysor.am - Горячие новости из  Армении

Lin Treysi

Səfir bir az da irəli gedərək qeyd edib ki, ABŞ  həm ikitərəfli formatda, həm də Minsk Qrupunun həmsədri kimi problemin sülh yolu ilə həllinin mümkün yollarını nəzərdən keçirməyə davam edəcəyik: “Birləşmiş Ştatlar Ermənistanın dostu və tərəfdaşı kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarına yardım etmək öhdəliyinə sadiqdir. Son aylar ərzində Blinken dövlət başçıları ilə çoxsaylı telefon danışıqları apararaq vəziyyəti gərginləşdirməməyə, eləcə də sülh prosesinin qurulması üçün bir-biri ilə əlaqə saxlamağa çağırıb. Biz tərəfləri prosesə kömək etməyən təhdid və düşmənçilik ritorikasından çəkinməyə çağırırıq. Şübhəsiz ki, danışıqlar çətin keçəcək. Bu, uzun illər ərzində formalaşmış mürəkkəb münaqişədir”. Görünən odur ki, ABŞ-ın Ermənistandakı səfiri həm Minsk Qrupunun bərpasına çalışır, həm də ‘’Qarabağ münaqişəsi" barədə danışır.

ABŞ səfirinin bu mövqeyi, yumşaq desək, təəccüb doğurur. Rusiyaya qarşı bütün mümkün sanksiyaları tətbiq edən, onu Avropa Şurasından qovduran, BMT-nin İnsan Haqları Komitəsində fəaliyyətini dayandıran ABŞ və Avropa Birliyinin Rusiya ilə bir qrupda təmsilçiliyi necə mümkün ola bilər? Belə anlaşılır ki, Rusiya özü həmsədrlik institutunun davamını istəməyib, Vaşinqton isə indi buna qarşıdır. Ermənipərəst mövqeyi ilə seçilən ABŞ səfirinin dedikləri nə dərəcədə həqiqətdir? ABŞ Rusiya ilə müharibə vəziyyətindəykən, Azərbaycan-Ermənistan arasında sülhə hansı “töhfə”ni verə bilər? Vaşinqton niyə Minsk Qrupunun qulpundan əl çəkmir?

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı vaxtilə Azərbaycanın irəli sürdüyü fikirlərin artıq təkrarlandığını bildirdi: “Səfirin dedikləri daha çox Ermənistan hakimiyyətinin mövqeyini dəstəkləməyə və İrəvana jest etməyə bənzəyir. Blinkenin son açıqlamasından sonra Treysinin bu mövqeyi də İrəvanı Moskvadan uzaqlaşdırmağa hesablanıb. Brüsseldə ikitərəfli formatda razılaşdırıldı və Vaşinqton bu formatı dəstəkləyir, çünki bölgədə Rusiyanın vasitəçilik missiyasını zəiflətməyin yeganə yolu budur. Rusiya faktoruna görə ABŞ üçtərəfli formatı özü təşkil edə bilməyəcək, bu baxımdan, ikitərəfli formata üstünlük verirlər. Lakin Paşinyanın Moskva səfəri və verilən açıqlamalar, o cümlədən Rusiyanın addımları göstərdi ki, Putin təşəbbüsü əldən vermək niyyətində deyil. O cümlədən bu, İrəvana mövqeyinin nəzərə alınmayacağı təqdirdə Rusiya alternativinə yönəlmək imkanı yaradır. Blinkenin ”Qarabağda vəziyyətin gərginləşdirilməməsi" çağırışını Azərbaycana etməsi, amerikalı səfirin də Minsk Qrupu “hələ də yaşayır” açıqlamaları Ermənistanın Rusiya vasitəçiliyinə tamamilə meyllənməsinin qarşısını almağa hesablanıb və bu, eyni zamanda Lavrovun “ABŞ və Fransa Minsk Qrupunu ləğv edərək, Ermənistanın maraqlarını qorumaq istəmir” tipli açıqlamasına verilən cavab kimi qiymətləndirilə bilər. Vaşinqton İrəvana “biz sizin maraqlarınızı nəzərə alırıq” mesajı verir. Bütün bunlarla yanaşı, ABŞ Minsk Qrupu formatını Azərbaycana təzyiq etmək rıçaqı olaraq da əlində saxlayır. Reallıqda isə Minsk Qrupu artıq yoxdur. İndiyə qədər bu mövqeyi Azərbaycan irəli sürürdü, indi isə Vaşinqton və Moskva “həmsədrlərini” xüsusi nümayəndəyə çevirməklə bunu de-fakto təsdiqlədi. Hərçənd Ermənistanın mövqeyinə təsir etmək üçün hər iki tərəfin zaman-zaman “Minsk Qrupu formatı”nı gündəmə gətirəcəyi, bu mövzü üzərindən qarşılıqlı ittihamlar irəli sürəcəyi gözləniləndir. Çünki həm Qərb, həm də Rusiya masasındakı razılaşmalar Azərbaycanın istəyinə uyğundur və Bakı üçün hansı masanın razılaşmalarının icrası böyük ölçüdə fərq etmir. Brüssel razılaşması xüsusilə ikitərəfli format baxımından Bakıya daha çox sərf edir, lakin ən pis ssenari olaraq Rusiyanın istədiyi format da nəticə etibarilə bizim istədiyimizə gətirib çıxaracaq. ABŞ və Rusiya isə təşəbbüsü ələ almaq uğrunda mübarizədə məhz Ermənistandan istifadə edə bilərlər və hazırda buna çalışırlar.

Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz  qiymətə satılmazdı"

Məhəmməd Əsədullazadə 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə rəsmi Bakını etiraz etməyə çağırdı: “ABŞ-ın Ermənistandakı səfirinin Minsk Qrupu və ”Qarabağ məsələsini" gündəmə gətirməsi ilk növbədə Vaşinqtonun regionda izlədiyi siyasətinə zərbə vurur. Artıq münaqişə bitib və Rusiya da Minsk Qrupunda fəaliyyətinə son verib. Hətta ABŞ da belə bir addım atıb. ABŞ-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi keçmiş Minsk Qrupunda həmsədri Şofer Bakıdadır. Artıq proseslər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına gətirəcək bir gedişat olmalıdır. Xüsusi nümayəndələr də buna töhfə verməlidir. Amma ABŞ-ın mövqeyi təəssüf doğurur. Ermənistandakı xanım səfir Ermənistan rəhbərliyinin dilə gətirmədiyi məsələləri qaldırır. Nikol Paşinyan Minsk Qrupu və status məsələsini qaldırmır. Amma ABŞ səfiri bu məsələnin üzərində dayanır. Bu, sülhə mane olmaqdır. Məhz 30 il ərzində bu vasitəçilər Ermənistanı obyektiv mövqe tutmamağa sövq ediblər. Ona görə də rəsmi Bakı öz etirazını Vaşinqtona bildirməlidir. Azərbaycan və Ermənistan arasında Brüssel razılaşması var. Tərəflər bu istiqamətdə fəaliyyət göstərir. ABŞ bu sürəci pozursa, Ermənistana zərbə vurur. Xanım Treysə ciddi xəbərdarlıq edilməli və onun dedikləri Vaşinqtonun mövqeyi deyil kimi açıqlama verilməlidir. ABŞ da yaxşı bilir ki, Minsk Qrupu fiaskoya uğrayıb və nəticə yoxdur. Azərbaycan regionda yeni reallıqlar yaradıb. ABŞ bununla göstərir ki, sülhə töhfə verə bilməz. Və Moskvanın mövqeyi ilə eyni siyasət ortaya qoyub".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR