Onlayn ictimai-siyasi qəzet
Rusiya İsraili Suriyaya hücumları dayandırmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “CBS” telekanalına müsahibəsində danışıb.
“Biz israilliləri Dəməşq və Hələb hava limanları da daxil olmaqla, Suriyaya hücumları dayandırmağa çağırırıq. Bu, yeri gəlmişkən, humanitar yardımın çatdırılmasına əngəl olur. Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə ofisi raketlə vurulub. Belə görünür, onlar İsrail raketləri ilə vurulub”.
Xatırladaq ki, Suriya mediası yanvarın 20-si Dəməşqdə partlayış səslərinin eşidildiyini, İsrailin Al-Mezza bölgəsində binaya zərbə endirdiyini yazıb. SEPAH isə hadisə zamanı korpusun 5 müşavirinin öldüyünü açıqlayıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ