İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçının Sus kəndində qalan erməni ailələrinin sayı AÇIQLANDI

“Dedilər ki, delimitasiya və demarkasiya aparırlar, amma əslində belə bir şey yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək Sus kəndinin icma rəhbəri Mxitar Nersisyan deyib.

“Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 25-dən düşmənə təhvil veriləcək. Avqustun 5-dən sakinlər öz əşyalarını Ermənistanın digər bölgələrinə daşımağa başlayıblar. Bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib” – erməni icma rəhbəri vurğulayıb.

“Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı. Bir neçə il bundan əvvəl daha da çox idi, amma illər keçdikcə əhalinin sayı azalıb”, – deyə Mxitar Nersisyan bildirib.

Mxitar Nersisyanın sözlərinə görə, 44 günlük müharibədən sonra o, Sus kəndinin erməni tərəfinin nəzarətində qalacağını, bütün sakinlərin qayıdacağını fikirləşib: “Mənə dedilər ki, delimitasiya və demarkasiya işləri aparırlar, əslində belə bir şey yoxdur, kəndi təhvil verməliyik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR