İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçında kinostudiyanın açılması Azərbaycan kinosu qarşısında yeni imkanlar yaradacaq”  

 

“Laçında kinostudiyanın açılması Azərbaycan kinosu qarşısında yeni imkanlar yaradacaq”.

 Bu sözləri Musavat.com-a açıqlamasında kinoprodüser, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov deyib. Kinoşünas qeyd edib ki, gələcəkdə Qarabağda çəkilişlər aparılarsa, həmin studiyanın bazasından istifadə oluna bilər:

“Qarabağ hazırda bütün sahələrdə prioritet məsələdir. Onun  Azərbaycanın bir incisi kimi dünyaya tanıdılmasında  kinematoqrafiya vacib rol oynaya bilər. Ona görə də Laçında kinostudiyanın açılması çox sevindirici hadisədir. Gələcəkdə Qarabağda hansısa çəkilişlər olarsa, həmin kinostudiyanın bazasından asanlıqla istifadə edə bilərik.

Ümid edirəm ki, bu studiya Azərbaycan kinosu qarşısında yeni imkanlar açacaq, yeni çəkiliş pavilyonu kimi çox seviləcək və Azərbaycan kinematoqrafiyaçılarının sevimli məkanına çevriləcək”.

Xatırladaq ki, Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır.

Bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasında deyib. Aktyor qeyd edib ki, studiyanın tanıtım videoçarxı avqustun 26-da - Laçın Şəhəri Günündə təqdim olunacaq.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR