İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu aksiyasının əsas nəticəsi və yeni tələblər - Xankəndi Azərbaycandır!

Ermənilər anlamalıdırlar ki, Qarabağa yerləşmiş təxribatçı qüvvələr onların rahat yaşamasına imkan verməyəcəklər

Dekabrın 12-də səhərdən azərbaycanlı QHT təmsilçiləri və könüllülər Xankəndidən Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya sülhməramlılarının postunun yanında oturaq aksiya keçirərək  Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər.

Bu gün aksiyanın 5-ci günüdür. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 15 dekabrda səhər saatlarında aksiyada diqqətçəkən hadisə baş verib. Belə ki, Rusiya sülhməramlıları səsgücləndiricilər gətirərək rus mahnıları səsləndiriblər.

Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır.

Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri dekabrın 3-də və 7-də Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edib.

Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.

Ermənistan, erməni təbliğatı da Laçın yolunun bağlanması faktından yenə “yazıqlıq” donu geyinərək  təbliğat üçün istifadə etməyə çalışır. Bütün dünyaya səs salsalar da, umduqları beynəlxalq dəstəyi ala bilmirlər. Bəzi erməni dəstəkli bəyanatlar əlbəttə var, amma onlar da bilirlər ki, Azərbaycan öz suveren ərazislərində monitorinq keçirmək haqqıdır və bunu heç kim əngəlləyə bilməz, bu fikrə düşənlər isə reaksiyasız qala bilməz.

Təbii ki, Qarabağ ərazisində ekoloji problemlərə nəzarət etmək tələbi bizim haqqımızdır. Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingentinin nəzarət etməsi o demək deyil ki, Azərbaycanın müvafiq strukturları öz ərazilərində istənilən monitorinqi keçirmək üçün kimdənsə izn almalıdır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsində məskunlaşan ermənilər anlamalıdır ki, onların taleyi öz əllərindədir. Vardanyan və onun kimi təxribatçı qüvvələr nə qədər ki, var, onların rahat yaşaması mümkün olmayacaq. Ermənilərin də bu aksiyadan anladıqları nəticə bu olmalıdır: Xankəndi Azərbaycandır!

Xankəndi yolu aksiyasının nəticələrindən biri isə bu aksiyada Azərbaycan xalqının milli iradəsini ortaya qoyulub.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli 

Bu barədə siyasi analitik Əziz Əlibəyli  bildirdi ki, bir ayda ikinci dəfə Azərbaycan tərəfinin Gorus-Xankəndi yolunun öz ərazisindən keçən hissəsini bağlaması faktı göstərdi ki, rəsmi Bakı iradəsini rahat formada icra edə bilməsi mesajını verir. Bu günə qədər masada bir çox ssenarilər olsa da, yumşaq güc rıçağı ilə Azərbaycan addım ata bilmə ehtimalını yoxlamış oldu: “Digər prizmada prosesə coğrafiya üzərində baxsaq görə bilərik ki, 22 avqust 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirməsi faktiki Tərtər istiqamətindən-bölgəyə Şərqdən anbara daxil olmağımız demək idi ki, hazırda 10 dekabr tarixində Volkovun verib, tutmadığı sözün icrası nəticəsində isə Sərsəngə həm də Cənub və qərb istiqamətlərində daxil olmağımızı şərtləndirəcəkdir. Lakin hazırda proses dayansa da, mümkün nəticəsi məhz bizim ekoloji siyasətimizin bölgəyə daxil olmasını şərtləndirir. Blok və vaqonlarla yolun bağlanmasını faktiki həyata keçirən məhz ruslardır. Azərbaycan Prezdentinin köməkçisi Hikmət Hacıyev faktiki xarici hücumları və humanitar faciə ittihamlarını qabaqlayaraq bildirdi ki, bu, Rusiyanın addımıdır. Biz isə bölgə əhalisi üçün humanitar dəhliz təklifi edirik. Amma əsas sual budur: Ruslar bölgə ermənilərini niyə cəzalandırır? Bir neçə müddət əvvəl bölgəyə gələn və rus emissarı kimi gələcəkdə Qarabağda hakimiyyətdə təmsil olunaraq burdan tramplin kimi istifadə edib, Paşinyana alternativ kimi İrəvanda hakimiyyətə gələcək Ruben Vardanyanla hazırkı rejim rəhbəri qərb casusu Araik Arutyunyan arasında, birbaşa isə onların tərəfdarları arasında, ümumi olaraq rus və qərb bağlantılı agentura arasında ciddi qarşıdurma gedir. Bölgədən faktiki kənarda qalan Araik oyundan da kənarlaşdırılmaqla onun tərəfdarları əzilməklə, Azərbaycanın da etirazlarından sui-istifadə etməklə ruslar Vardanyanın liderliyini bölgə erməniləri üzərində vahidləşdirmək yoluna gedir və buna görə xidmətçiləri olan Qarabağ ermənilərini ölümə göz qırpmadan tərk edə bildiklərini ortaya qoydular”.

Ə.Əlibəyli hesab edir ki, etiraz aksiyasının Zəngəzur dəhlizi ilə də bağlılığı var və nəticələri olacaq: “Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur. Bu həm  2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında "nəqliyyat kommunikasiyalarına nəzarət" Ermənistan ərazisindən keçməlidir tezisinə əsaslanır, həm də blokada altında  olan dövlət üçün unikal imkanlar ortaya çıxarır ki, Londondan Pekinə qədər gedəcək Orta dəhlizdə Rusiya təmsil olunma şansı da əldə edir.

Niyə bu məsələni gündəmə daşıya bilərlər, həm də ekoloqların aksiyası üzərindən? Amerikanın özəl kəşfiyyat və analitik şirkəti "Stratfor" Laçın dəhlizi ətrafında mövcud vəziyyətlə bağlı bildirib ki,  Azərbaycan  bu addımlarla İrəvanı sülh danışıqlarındakı şərtləri qəbul etməyə məcbur edir. Azərbaycan Naxçıvanla onu birləşdirən Zəngəzur dəhlizinin açılmasından imtina edən İrəvana təzyiq edir. Prinsip etibarilə bu, Rusiya üçün də arzuedilən vəziyyət yarada bilər".

Ekspertin sözlərinə görə, digər nəticə prosesə ilk dəfə bölgə dövləti olmayan qlobal bir gücün cəlb edilməsi olacaq. Belə ki, Britaniyanın "Anglo-Asian Mining Plc" şirkəti Qızılbulaq qızıl mədəninin ermənilər tərəfindən talanması ilə bağlı məhkəməyə müraciət edəcək: “Yəni prosesdə Azərbaycanın əlinin güclənməsi üçün kifayət qədər böyük bir imkan və Qərb resursu meydana çıxır ki, bu da Qarabağda təkcə rus və erməni faktoruna qarşı "ingilis atı"nın yəhərlənməsi deməkdir. Şübhəsiz ki, aksiya özü ilə yeni reallıqlar doğurmaya bilməz. Dərhal prosesə dair maraqlı tərəflərin açıqlamalarına göz atmaq lazım gəlir. ABŞ-ın sülh prosesinə zərbə dəyə biləcəyindən ehtiyat etməsi sezilir. Ona görə də alt qatda Rusiya detalı hiss edilir və məsuliyyətli tutulur. Fransanın mövqeyi kifayət qədər açıq və qərəzlidir. İngilislərin məhkəmə həmləsinə cavab kimi də anlamaq olar. Təxminən bölgədə aşağıdakı riyazi təsvir meydana çıxır: BLOK - Rusiya, Ermənistan, İran. II BLOK - Türkiyə, Azərbaycan, İngiltərə, İtaliya. III Blok -  Fransa, İran, Ermənistan, ermənilər. IV Blok - AB, ABŞ, Gürcüstan.

Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olmaqla, erməni əsilli vətəndaşlarının inteqrasiyasına rəsmən start vermiş oldu. Xankəndinin bizim olduğu mesajı bir daha verildi. Bölgəyə nəzarət mexanizmində Azərbaycan təsirli mexanizmlər əldə edəcək ki, yeni gələn sülhməramlı komandan erməni ağzı ilə danışmamağa məcbur olacaq".

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

Onlar Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

 Aksiya iştirakçıları həmçinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının tam icra olunmadığını diqqətə çatdırıblar. İştirakçılar bundan başqa, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nın ayrıca postlarının olması tələbini irəli sürüblər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR