Onlayn ictimai-siyasi qəzet
Azərbaycan tərəfinin irəli sürdüyü 14 COP29 təşəbbüsündən biri İqlim Maliyyəsi Fondunun yaradılmasıdır. Fondun yaradılması ilə bağlı proses davam edir.
Bunu Musavat.com-a açıqlamasında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.
Y. Rəfiyev bəzi töhfəçi dövlətlər tərəfindən fondun yaradılmasına maraq olduğunu vurğulayıb:
"Beynəlxalq ictimaiyyət tərəfindən də bu prosesə maraq var. Hazırda prosesin son mərhələyə çatması istiqamətində İşçi Qrup fəaliyyət göstərir. İşçi Qrupa həm Azərbaycanın aidiyyəti dövlət qurumları, həm də beynəlxalq ekspertlər daxildir. Noyabrın 14-də fondun yaradılması ilə bağlı tədbir keçiriləcək. Hələ ki, töhfəçi ölkələrin yekun qərarları bildirilməyib. Onların arasında inkişaf etməkdə olan, eyni zamanda inkişaf etmiş dövlətlər var. Fondun başlaması üçün ən azı 10 ölkə ilə iş aparırıq. Bu sayın artacağı istisna olunmur".
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ