İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətəndaş sazişi”ndə fikir ayrılıqları bitmir

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasında Müdafiə və Təhlükəsizlik üzrə daimi parlament komissiyasının sədri Andranik Köçəryanın istefası ilə bağlı müzakirələr hələ də davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

“Andranik Köçəryanın bu məsələni hər vasitə ilə bağlamaq və Paşinyanla ortaq dil tapmaq səylərinə baxmayaraq, partiya üzvlərinin böyük bir qismi bu məsələdə ciddi mövqe tutur. Onlar hələ də bu mövzunu bağlanmış hesab etmirlər. Çoxu Köçəryanın istefasını dəstəkləyir, lakin Nikol Paşinyanın qərarını gözləyirlər. Paşinyan isə bu məsələ ilə bağlı sükutunu pozmayıb və qəti mövqeyini açıqlamayıb. Məhz bu səbəbdən məsələ hələ də “havada asılı” vəziyyətdə qalır. Partiyanın parlament fraksiyasının lideri Ayk Koncoryan və Artur Ovannisyan Andranik Köçəryandan çəkinərək əlavə izahat olmadan istefa təşəbbüsü irəli sürmürlər”, - deyə qəzet qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR