Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tanzaniyaya kiminlə və kimin hesabına getdiyini bilmirəm, əgər bilirsinizsə, maraqların toqquşub-toqquşmadığını da özünüz qiymətləndirə bilərsiniz”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Anna Akopyanın qardaşı, hakim “Vətəndaş sazişi” partiyasının deputatı Hraçya Akopyan danışıb.
Akopyan bacısının rusiyalı iş adamı İqor Kostanovun həyat yoldaşı və qızı ilə Tanzaniyaya səfəriylə bağlı yerli jurnalistlərin iddialarını cavablamayıb.
Erməni deputat bacısının 9 noyabrda – kapitulyasiya bəyanatının ildönümündə istirahət zamanı çəkdiyi fotoları görmədiyini vurğulayıb.
Hraçya Akopyanın sözlərinə görə, 9 noyabr 2020-ci il onun üçün çox ağrılı bir gün olub:
“O gün mən İrəvanda idim, amma bu il burada deyildim. Hakimiyyət nümayəndələri müxtəlif günlərdə Yerablura gediblər”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ