Onlayn ictimai-siyasi qəzet
COP29 konfransında ictimaiyyətdə tanınmış şəxslər də iştirak edir.
Güney Azərbaycan əsilli fotoqraf Reza Deqati də konfransın qonaqlarından biridir.
R.Deqati Musavat.com-a özəl açıqlamasında bildirib ki, Azərbaycanın iqlim dəyişikliyinə verdiyi önəmlə dünyaya tanıdılması çox vacibdir:
"İqlim sammiti 29-cu dəfədir keçirilir. İndiyə kimə çox sözlər verilib, amma əməl az olub. Azərbaycan nəhayət ki, əməllərin də olmasını istəyir. Düşünürəm ki, Azərbaycanı bu yolla tanıtmaq önəmlidir. Qonaqların sayı 70 mindən çoxdur. Bu da onu göstərir ki, Azərbaycan kiçik olsa da, ürəyi böyükdür".
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ