İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postunda İNSİDENT: hərbçini sərhəddən buraxmadılar, ermənilər AYAQDA – GƏRGİN DEBAT

Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Bu barədə iddia erməni mediasında yayılıb.

Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.

“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir.
Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyası istiqamətində ilk addım atdıldı. Bir neçə gün öncə 28 erməninin Laçın postundan Azərbaycan qanunvericiliyi çərçivəsində bütün prosedur qaydalarına uyğun şəkildə keçərək, Ermənistana getməsi reinteqrasiyanın ilk mərhələsi olaraq qiymətləndirilir.

“Hraparak” nəşri separatçı rejimin rəsmi Bakının reinteqrasiya tələbi ilə razılaşmaq məcburiyyətində qaldığını yazır.

Separatçılar bildirirlər ki, 28 nəfər Laçın postundan istifadə etməklə Qarabağdan Ermənistana gedib: “Qarabağda və Ermənistanda yüzlərlə insan gediş-gəliş üçün gözləyir”.

Nəşr qeyd edir ki, yaxın dövrdə Laçın postundan sərnişinlərin kütləvi istifadəsinə başlanılacaq.

“Bu, Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin qəbul edilməsi və ermənilərin şüurunda legitimləşdirilməsi deməkdir. Qarabağdakı mənbələrimiz bildirirlər ki, Araik Paşinyanın istəyi ilə bunu edir və beləliklə, Qarabağın Azərbaycana reinteqrasiyası prosesində ilk addımlar atılır. Əldə etdiyimiz məlumatlara görə, ermənilərin Azərbaycanın nəzarəti altında gediş-gəlişinin həyata keçirilməsinə razılıq verilib”, - nəşr yazır.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR