İnsanlara hürriyət, millətlərə istiqlal!

“La Skala”da mövsümün rus operası ilə başlaması etirazla qarşılanıb

 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen, İtaliyanın baş naziri Corcia Meloni və İtaliya prezidenti Sercio Mattarella Milanın “La Skala” teatrında keçirilən mövsümün premyerasında iştirak ediblər. Mövsümün açılışı Kasper Holtenin quruluşunda (dirijor Rikardo Çailli)  rus bəstəkarı Modest Musorqskinin "Boris Qodunov" operası ilə başlayıb. Baş rolda isə tanınmış rus müğənnisi İlqar Abdrazakov oynayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  aralarında İtaliyanın tanınmış biznes nümayəndələrinin, siyasətçilərin və mədəniyyət xadimlərinin də olduğu tamaşaçılar opera bitdikdən sonra onu 13 dəqiqəlik sürəkli şəkildə alqışlayıblar.

Lakin hər şey göründüyü qədər təmtəraqlı keçməyib. Premyeranın Rusiyanın Ukraynaya təcavüzü və İtaliya cəmiyyətində, rus mədəniyyətinə neqativ münasibəti fonunda baş tutması xüsusi müzakirələrə gətirib çıxarıb. Ukraynanın Milandakı konsulu Andrey Kartış bir müddət əvvəl “La Skala” teatrının direktoruna müraciət edərək, mövsümün dekabrın 7-də rus operası Boris Qodunov ilə açılmamasını, həmçinin rusiyalı müəlliflərin başqa tamaşalarının (xüsusilə, Pyotr Çaykovskinin balet əsərləri) göstərilməməsini xahiş edib. Bu “La Skala”nın xaricində insanların etiraz nümayişinə də səbəb olub. Onların fikrinə ruslar üçün hər şey "təbliğat element”inə çevrilir.

Lakin teatr rəhbərliyi tamaşanın Rusiya təcavüzü ilə əlaqəsi olmadığını bildirərək tələbləri geri çevirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR