Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Fərqanə Qasımova kürəkəni Fəriddən danışıb.
"Qonaqcanlı" verilişinə qatılan xanəndə qızı Mövlanənin nişanlanmasından söz açıb:
"Qohumçuluq ailə qurandan sonra başlayır: kimin mərd, kimin qoçaq olmağı onda görünür. Valideynlərindən əvvəl Fəridi tanıdım. O qədər səmimi, ürəyimə yatan övlad oldu ki, valideynləri ilə dərindən maraqlanmadım. Artıq ailəsinin tərbiyəsi göründü. Qızımı onun tərbiyəsinə görə vermişəm. Fərid atasından, anasından əvvəl bizə tək elçi gəlib".
F.Qasımova aparıcı Aytəkin Mərdanovanın "Övladlarınızın seçiminə hörmətlə yanaşırsınız" sualına "Övladlarımın seçiminə hörmətlə yanaşan deyiləm. Sevgi olanda adamın dili tutulur. Amma elə olur ki, uşağı xəbərdar etməlisən, deməlisən layiq deyil" cavabını verib. (Axşam.az)
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ
elxan 03.03.2025 09:41