İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə ötən ay kimyəvi maddə içən qadın ölüb

Kürdəmir rayonunda noyabr ayının 16-da kimyəvi maddə içərək zəhərlənən qadın bu gecə vəfat edib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Məhərrəmli kəndində baş verib.

Belə ki, kənd sakini - 1986-cı il təvəllüdlü Abdullayeva Mailə Gülağa qızı yaşadığı evdə kimyəvi maddə içərək intihara cəhd edib. Hadisədən xəbər tutan yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər xəstənin vəziyyəti ağır olduğundan onu Bakı şəhərinə göndərib. Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, dünyasını dəyişən Mailə Abdullayeva evli idi və iki azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR