İnsanlara hürriyət, millətlərə istiqlal!

Kür çayı ilə bağlı MÜHÜM AÇIQLAMA

2023-cü təsərrüfat ili üçün Kürün aşağı axarında əkin və su tələbatı üzrə hesabat açıqlanıb.

Musavat.com-un xəbərinə görə, "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinqdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib ki, Kürün aşağı axarında yerləşən Ağdaş, Ağcabədi, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul ve Yevlax rayonlarında su təminatı Kür çayından olan əkin sahələri üzrə hesablamalar aparılıb:

"Qeyd olunan 12 rayon üzrə 483 min hektar sahənin suvarılması üçün 1,5 milyard m³ suyun tələb olunduğu müəyyən edilib. 227 min hektar sahədə taxıl əkinləri üçün illik su sifarişi 655 milyon m³; 62 min hektar sahədə pambıq əkinlərinin becərilməsi üçün isə 206 milyon m³ tələbat nəzərdə tutulub".

Hesablamalarda su itkiləri və həyətyanı sahələrin suvarılması üçün su tələbatı nəzərə alınmayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR