Onlayn ictimai-siyasi qəzet
Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilən dəhşətli terror aktının qurbanlarına ödənişlər bu il sentyabrın 23-dən verilməyə başlayacaq.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə konsert zalının sahibi olan “Crocus Group” şirkəti məlumat verib.
Ümumilikdə komissiya 341 müraciətə baxıb və 12 kateqoriyadan olan zərərçəkmişləri müəyyən edib. Hazırda yığılan bütün vəsaitlər müraciət etmiş və bütün lazımi sənədlərin siyahısını təqdim etmiş vətəndaşlar arasında bölüşdürülür. Ödənişlər 23 sentyabr 2024-cü ildə başlayacaq.
Rusiya mediasının yazdığına görə, iyunun 29-da “Crocus Group” məlumat verib ki, şirkət terror aktı nəticəsində dağılmış “Krokus Siti Holl” konsert zalının xarici konturunu bərpa etməyi planlaşdırır. Terror aktının baş verdiyi yerdə həlak olanların xatirəsinə abidənin yaradılması və ya binanın digər strukturlarının bərpası ilə bağlı hələlik yekun qərar verilməyib.
Həmin gün Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bu ilin martında baş vermiş terror aktı zamanı baş verən yanğın nəticəsində dağılan “Krokus Siti Holl”un yerində daha konsert zalı olmayacağını bəyan edib.
Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətində “Krokus Siti Holl” konsert zalında terror aktı törədilib. Bir qrup silahlı terrorçu konsertə gələn insanları güllələyib, daha sonra binanı yandırıb. Terror aktı 145 nəfər həlak olub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ