Onlayn ictimai-siyasi qəzet
"Krokus Siti Holl"da baş verən terror aktı və yanğın nəticəsində SSRİ Xalq artisti, məşhur azərbaycanlı müğənni Müslüm Maqomayevin muzeyi yanıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Natalya Osipova məlumat verib.
"Dəhşətli insan faciəsi ilə yanaşı, mədəni fəlakət də var. Mənbələrim bildirir ki, “Krokus”da Müslüm Maqomayevin muzeyi yandırılıb. Muzey zalda fəaliyyət göstərib", – jurnalist bildirib.
Qeyd edək ki, bu fakt rəsmi olaraq təsdiq olunmayıb.
28 Sentyabr 2024
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ