İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda silah-sursat anbarı yanıb - 2000 nəfəri təxliyə olunur

Krımda, Alekseevka kəndi yaxınlığında sursat anbarı yanıb, Tavrida şossesi bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Hadisə Kirovski rayonunda, Alekseevka kəndi yaxınlığındakı poliqonda baş verib. Yerli sakinlər iki saat ərzində yanğın yerindən beş kilometr radiusda partlayış səsləri eşitdiklərini bildiriblər. Krımın qubernatoru Aksyonov bildirib ki, dörd yaşayış məntəqəsinin sakinlərinin - iki mindən çox insanın təhlükəli zonadan müvəqqəti təxliyəsi planlaşdırılır. Əməliyyat qərargahı yerləşdirilib, bütün ixtisaslaşmış xidmətlər yerində işləyir.

Hazırda yanğınsöndürənlər yanğını söndürməkdə davam edir. Yaşayış binaları üçün heç bir təhlükə yoxdur.

Həmçinin yanğın səbəbindən Tavrida magistralının 118-dən 130-a qədər olan hissəsi bağlanıb. Nəqliyyat Starıy Krım və Pervomayskoye qəsəbələri vasitəsilə regional yol boyunca istiqamətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR