İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA

Rusiyanın Federal Təhlükəsislik Xidməti (FTX) 9 may -qələbə günü ərəfəsində Rusiya Müdafiə Nazirliyinin zabitinə qarşı partlayış hazırladığı iddia edilən 25 yaşlı Krım sakininin saxlanılması barədə məlumat yayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, FTX-nin İctimai əlaqələr mərkəzinin məlumatına görə, Krımda saxlanılan qadın 2000-ci il təvəllüdlüdür və o, Rusiyanın, həm də Ukraynanın vətəndaşıdır. Daha dəqiqi, Rusiya Krımı işğal edəndən sonra bu qadına da RF vətəndaşlığı verilib. Xüsusi xidmət iddia edir ki, qız 2025-ci ilin mayında, Qələbə bayramından əvvəl rus hərbçisinin avtomobilini partlatmağa hazırlaşıb.

FTX onun Ukrayna kəşfiyyatı tərəfindən əməkdşlığa cəlb edildiyini, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı terror aktı törətməyə hazırlaşdığını bildirib. Axtarış zamanı onun üzərindən Qərb istehsalı olan partlayıcı qurğunun komponentləri aşkar edilib.

Qadına qarşı terror aktı və dövlətə xəyanət maddələri ilə cinayət işi açılıb. Həmçinin agentliyin məlumatına görə, onun təmasda olduğu ukraynalı kəşfiyyatçılar da müəyyən edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR