İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremllə bağlı müdhiş iddia: 1 milyardlıq dələduzluq və...

Rusiyada hakim rejimin növbəti qaz sövdələşməsindən 1 milyard dollar oğurladığı və pulun bir hissəsini “Graceful” yaxtasına xərclədiyi ilə bağlı iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “Dosye” araşdırma mərkəzinin təhqiqatında deyilir.

Təhqiqatda Kremlin yüksək səviyyəli məmurlarının “Yamal LNG” adlı qaz hasilatı və emalı şirkətinin səhmlərini yenidən satmaqla 1,12 milyard dollar qazandığı qeyd olunur. Bu pullar “Mischositos Investment S.A” adlı ofşor şirkət vasitəsilə xaricə ötürülüb. Burada Rusiya prezidenti Vladimir Putinin vəfat etmiş uşaqlıq dostu Pyotr Kolbinin adı hallanır. Eyni ofşor şirkətinin “Graceful” yaxtasının 8 illik tikintisi üçün 100 milyon dollar ödədiyi məlum olub.

Kolbini Kremlin “nominal”ı da adlandırırmışlar. Prezidentin uşaqlıq dostu əvvəllər qəssab işləyirmiş, lakin qəfildən Rusiyanın ən öndə gələn oliqarxlarından sayılan Gennadi Timçenkonun iş ortağına çevrilib.

Müharibə başlayandan bəri ABŞ Rusiya prezidenti ilə əlaqəli olduğu iddia olunan 4 yaxtaya qarşı sanksiyalar tətbiq edib. “Graceful” da onlardan biri olub. Oktyabr ayında gəminin öz adını “Kosatka” deyə dəyişdiyi bildirilir. Yaxtada üzgüçülük hovuzu, helikopter meydançası, iki mərtəbəli mənzillər və qonaq otaqları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR