Onlayn ictimai-siyasi qəzet
"Rusiya Ermənistan və Azərbaycanla əlaqələri davam etdirir".
Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər:
"Xeyr, biz hələ burada heç bir konkretlik görmürük. İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz öz növbəmizdə həm İrəvan, həm Bakı, həm də Qarabağın erməni sakinləri ilə əlaqələrimizi davam etdiririk".
Qeyd edək ki, sentyabrın 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Qarabağdakı vəziyyətə nəzarət edəcək missiya yaradacağını bəyan edib. O əlavə edib ki, belə bir təşəbbüs fəal müzakirə olunur. Metyu Millerin sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birlikdə bunun üzərində işləyir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ