Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Kiyevə silah tədarükünü Avropa hesabına reallaşdırmaq planına sərt münasibət bildirib.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü bu təşəbbüsə ironiya ilə yanaşaraq, “Bu, biznesdir”, – deyə reaksiya verib.
Peskov bununla yanaşı, bir sıra kəskin açıqlamalarla çıxış edib. O, Avropa ölkələrini Ukraynaya təzyiq göstərməyə və Kiyevi Moskva ilə birbaşa danışıqlara məcbur etməyə çağırıb. Kremlin nümayəndəsi ümid etdiyini bildirib ki, Avropada “şüurun qalıqları” hələ qalır və bu, bəzi növ silahların Ukraynaya verilməsinin qarşısını alacaq.
Tramp ilə telefon danışığı ehtimalına da toxunan Peskov qeyd edib ki, yaxın vaxtlarda belə bir əlaqə mümkündür, lakin hələlik konkret plan yoxdur.
Kreml rəsmisi əlavə edib ki, Qərbin Ukraynaya silah tədarükü davam edəcək, sadəcə bu dəfə bu xərcləri ABŞ deyil, bəzi Avropa ölkələri qarşılayacaq. O, Avropanın müharibəni uzatmaq üçün “saysız-hesabsız vəsait” xərclədiyini və Rusiyaya qarşı “həddindən artıq militarist mövqe” nümayiş etdirdiyini bildirib.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ