İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu dünyanın ən çox qazanan futbolçusu oldu – Dodaquçuran məbləğ

“Forbes”in versiyasına əsasən, Kriştiano Ronaldu 2025-ci ilin ən çox qazanan futbolçusu olub.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçusu 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun da 50 milyon dolları meydandan kənar gəlirlərdəndir.

İkinci yerdə gələn “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 130 milyon dollar (60 milyon dollar maaş + 70 milyon dollar meydandan kənar gəlir) qazanıb.

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı hücumçusu Kərim Benzema 104 milyon dollar (100 milyon + 4 milyon dollar) qazanaraq üçüncü olub.

İlk 10-luğa həmçinin İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe (95; 70+25), İngiltərənin “Mançester Siti” klubundan norveçli Erlinq Haaland (80; 60+20), “Real Madrid”dən braziliyalı Vinisius (60; 40+20), “Liverpul”dan misirli Məhəmməd Salah  (55; 35+20), Ronaldonun komanda yoldaşı seneqallı Mane (54; 50+4), “Real Madrid”dən ingilis Cud Bellinqem (44; 29+15) və “Barselona”dan ispaniyalı futbolçu Lamine Yamal (43; 33+10) daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR