İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: "Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir"

“Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir”.

“Report” TASS-a istinadən xəəbr verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, həmçinin Çinin vasitəçilik potensialının mövcud olduğunu, lakin Ukrayna məsələsində vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını söyləyib.

Peskov bildirib ki, NATO Rusiya sərhədlərinə doğru genişlənir: “Biz qitədə təhlükəsizlik arxitekturasının balanslaşdırılması üçün tədbirlər görürük. Rusiya Alyansa yaxınlaşmır, əksinə, NATO bizə doğru genişlənir".

Kremlin sözçüsü vurğulayıb ki, Moskva Serbiya və NATO üzvlərinin həyata keçirəcəkləri təlimləri çox diqqətlə izləyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR