İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml prezidentə bağlı İnsan hüquqları şurasında “təmizləmələr” apardı  

Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasından (HRC) on nəfəri (əksəriyyəti hüquq müdafiəçiləri və jurnalistlərdir) xaric edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əvəzində eyni fərmanla Rusiyada müharibəni təbliğ edən şəxslər Şuraya əlavə olunub.

Qovulanlar arasında “İşgəncələrə Qarşı Komitənin” keçmiş sədri İqor Kalyapin, Sankt-Peterburq İnsan Hüquqları Şurasının icraçı katibi Natalya Yevdokimova, Moskva Dövlət Universitetinin kafedra müdirləri Aleksandr Asmolov və İvan Zasurski, “Sova” informasiya-analitik mərkəzinin direktoru Aleksandr Verxovski, jurnalistlər Nikolay Svanidze və Yekaterina Vinokurova kimi tanınmış simalara rast gəlinir.
“Kommersant” qəzetinin xəbərinə görə, Şura üzvləri Putinlə illik görüşündə ondan xarici agentlər, ordunun nüfuzdan salınması ilə bağlı maddələr üzrə cəzalar, müharibə əleyhinə çıxışlara tam qadağa, habelə səfərbərlik, məhbusların “Vaqner” özəl hərbi şirkətinə cəlb olunması, onların öldürülməsi ilə bağlı xoşagəlməz suallar verməyə hazırlaşıblarmış.

Putinin fərmanı ilə vəzifədən kənarlaşdırılanların əvəzinə müharibəpərəst “Xalq Cəbhəsi” portalının rəhbəri Yuliya Belexova, “Azad Donbas” saytının nümayəndəsi Yelena Şişkina və “Komsomolskaya
Pravda”nın müxbiri Aleksandr Kots daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR