İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Lukaşenkonun Krım barədə dedklərini TƏKZİB ETDİ

Rusiya ötən il Ukrayna ilə danışıqlar zamanı Krımın icarəyə verilməsi imkanını müzakirə etməyib.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov iyunun 14-də keçirdiyi konfransda bildirib.

“Xeyr, elə deyil. Krım Rusiya Federasiyasının tərkib hissəsidir, Rusiyanın bölgəsidir”, - deyə Peskov bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində bildirmişdi ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin ötən ilin yazında İstanbulda müzakirə etdikləri sülh müqaviləsi layihəsində “Krımın, eləcə də Donbasın uzunmüddətli icarəyə götürülməsi” variantının nəzərdən keçirildiyini deyib və əlavə edib ki, lakin indi belə şərtlərin olması artıq mümkün deyil, çünki indi bunlar Rusiya Federasiyasının əraziləridir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR