İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Kadırovun səhhəti ilə bağlı sualı cavablandırıb - "Məlumatımız yoxdur"

 

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti ilə bağlı məlumat vermir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Hər halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış versin. Ona görə də burada deyəcək heç nəyimiz yoxdur”, - Kreml nümayəndəsi izah edib.

Bundan əlavə, Peskov Çeçenistan rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüş olmadığını bildirib.

Qeyd edək ki, Telegram kanallarında Çeçenistan liderinin xəstəliyi ilə bağlı şayiələr yayılmağa başlayıb. Belə məlumatların ilkin mənbəyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov olub. Öz növbəsində Kadırov gəzintidən video yayımlayaraq vəziyyətinin normal olduğunu bildirib. “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”, - Kadırov yazıya imza atıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR