İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml daxilində ciddi çaxnaşma-“Vaqnerçilər”in başçısı peterburqlu qubernatorun həbsini tələb edir


Rusiyanın Afrika, Suriya, Ukrayna kimi bölgələrdə aktiv şəkildə istifadə etdiyi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri, mediada “Putinin aşpazı” olaraq tanınan Yevgeni Priqojin Baş prokurorluqdan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu tutmağı tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Priqojin qubernatoru "dövlət büdcəsini talamaq üçün" mütəşəkkil cinayətkar qrup formalaşdırmaqda suçlayıb.

“Vaqner” ÖHŞ-nin təsisçisi hətta bununla bağlı Baş Prokurorluğa bəyanat göndərib və orada Sankt-Peterburq qubernatoru ətrafında olan “korrupsioner məmurlar”, vasitəsilə cinayət şəbəkəsini qurduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Priqojin bir neçə ildir ki, Sankt_Peterburq qubernatorunu açıq şəkildə tənqid edir. Kreml müxalifətçilərinin fikrincə, bu, şəhər rəhbərliyinin onun bəzi biznes layihələrini həyata keçirməkdən imtina etməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, Qubernator Beqlov Bakıda anadan olub. Onun tələbəlik illəri və iş fəaliyyəti Sankt-Peterburq şəhərində keçib. 2008-ci ildə Aleskandr Beqlov Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkinin müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə o, Sankt-Peterburq şəhərinə rəhbərlik edir.

Aleksendr Beqlovun Kremldə “Peterburq klanı”nın nüfuzlu üzvlərindən biri hesab olunduğu deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR