İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml buna görə hələ Paşinyanla yola davam qərarı verib” - Nikola gələn təbriklərin açması

Rusiya Prezidenti Vladimir Putin və Rusiya baş naziri Mixail Mişustin Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib. Rusiya Federasiyası Prezidentinin mesajında deyilir ki, Rusiya-Ermənistan münasibətləri çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.

Mişustin Paşinyanla telefon danışığında həmçinin Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə ediblər.

Musavat.com-un xəbərinə görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya liderinin və baş nazirinin indiki həssas bir zamanda Paşinyanı təbrik etmələri erməni baş nazirinin mövqelərini gücləndirir:

“Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustindən tutmuş tənqid etdikləri Belarus prezidenti Aleksandr Lukaşenkoya qədər siyasətçilər var. Rusiyanı idarə edənlərin Nikol Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir. Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər. Çünki zəifdirlər. Kremlin Nikol Paşinyandan xoşu gəlməsə də Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş də işə yaramadı. Buna görə də Kreml hələ ki, Paşinyanla yola davam qərarı verib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR