İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml 2024-cü ildə keçiriləcək prezident seçkilərinə kimlərin iştirak edəcəyinə qərar verdi  

 

Kreml 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin “rəqibləri” ilə bağlı qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, seçimdə əsas meyarlardan biri siyasətçilərin yaşı olacaq.

Gələn xəbərlərə görə,  yaşı 50-dən aşağı olan siyasətçilərin namizəd olaraq qeydə alınması məqbul hesab edilmir. Çünki bu halda  ruslar “ 70 yaşlı Putinin artıq zəiflədiyi” düşüncəsinə qapıla bilərlər.

Hazırda Rusiyada Putinlə bərabər üç siyasi qüvvənin seçkilərə qatılacağı gözlənilir. Bunlar Kommunist partiyası, Liberal-Demokrat partiyası və “Yeni insanlar” partiyasıdır.

Kreml Gennadi Züqanovu Rusiya Federasiyası Kommunist Partiyasından namizəd kimi görür. Analitiklərin rəyinə görə Züqanovun elektoratı konkret bazaya əsaslanır və  o, yeni seçiciləri cəlb etməyəcək. Üstəlik Levada Mərkəzinin keçirdiyi sorğunu nəticələrinə əsasən, kommunist liderin reytinqi 3% təşkil edir. Hakimiyyətə yaxınlığı ilə bilinən Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzində bu rəqəm bir qədər çox-10%-dir.

RLDP-nin namizədi, Kremlin planlarına görə, partiya lideri Leonid Slutski olmalıdır. Liberal Demokrat Partiyasının rəhbərliyindəki mənbələr bu məlumatı təsdiqləyib.

“Yeni insanlar” partiyasından isə biznesmen Aleksey Neçayevin adı ön plana çıxır. Kremlə yaxın iki mənbənin bildirdiyinə görə, “Neçayevin özü də başa düşür ki, “onu çox faiz almağa qoymayacaqlar. Bu səbəbdən Neçayev seçkilərdə iştirak etməyə də bilər.

Biznesmen buna görə öz əvəzinə Dövlət Dumasının sədr müavini Vladislav Davankovu təklif edir. Lakin Kremli bu namizəd qane etmir. Məsələ burasındadır ki, Davankovun 39 yaşı var və o, ictimaiyyət qarşısında çıxış edə bilir. Kreml analitiklərinin fikrincə, onun böyük faiz almayacağı aydındır, lakin gənc və aktiv namizəd seçicini Putinin yaşı barədə düşünməyə vadar edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR