İnsanlara hürriyət, millətlərə istiqlal!

Kovalenko: “Rusiya istəyirdi ki, hamı ölsün, lakin pilotlar planları pozdu”

Ukraynalı ekspert və “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko Azərbaycan təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri (PVO) tərəfindən vurulduğuna əmin olduğunu bildirib. Ekspert hesab edir ki, Moskva bu hadisədə günahını qəbul etməyəcək.

Minval.az-a eksklüziv açıqlama verən Kovalenko təyyarənin Rusiyaya məxsus “Pantsir-S1” özüyeriyən zenit-raket-top kompleksi ilə vurulma ehtimalına münasibət bildirib:

“Bu versiya tamamilə həqiqətə uyğundur. Təyyarənin gövdəsində və salonunda baş vermiş zədələr, təyyarə qəzaya uğramazdan əvvəl çəkilmiş görüntülərdə müşahidə olunan dehermetizasiya, gövdənin deşilməsi nəticəsində sərnişinlərin xəsarət alması – bütün bunlar raket zərbəsi ehtimalını gücləndirir. Sərnişinlər qanaxmadan əziyyət çəkib, təyyarə Xəzər dənizi üzərindən Aktauya çatana qədər ağır vəziyyətdə olub. Bütün bu faktlar təyyarənin ya birbaşa zərbəyə məruz qalması, ya da çoxlu sayda qəlpə ilə dolu olan bir vasitənin yaxınlıqda partlaması ehtimalını göstərir. Bu, məhz zenit-raket komplekslərinin xüsusiyyətidir”.

Aleksandr Kovalenko əlavə edib ki, hadisənin Rusiyanın planlarına uyğun olmaması məhz Azərbaycanlı pilotların peşəkarlığı sayəsində olub. Onun sözlərinə görə, Rusiya bu hadisəni ört-basdır etməyə çalışacaq və məsuliyyəti üzərinə götürməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR