İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosovo, Albaniya və Xorvatiyanın hərbi ittifaqı: Belqrad narahatdır

Kosovo, Albaniya və Xorvatiya Tirana şəhərində üçtərəfli müdafiə sazişi imzalayıblar.

Musavat.com
xəbər verir ki, Albaniyanın müdafiə naziri Pirro Vengu bildirib ki, digər ölkələr də bu alyansa qoşulmaqda maraqlıdır.

Serbiya Xarici İşlər Nazirliyi Zaqreb və Tirana rəsmilərinə təcili sorğu göndərərək, hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan üçtərəfli sazişin detallı izahını tələb edib.

"Xüsusilə narahatlıq doğuran məqam odur ki, bu hərbi ittifaq Belqradla məsləhətləşmədən, beynəlxalq legitimliyi olmayan və serb xalqı ilə bütün regionun təhlükəsizliyi üçün təhdid yaradan bir qurumun iştirakı ilə formalaşdırılır," – deyə Serbiya XİN-in bəyanatında qeyd olunub.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR