İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsika Millət Partiyasının sədri: “Məhkəmənin dili qadağan etmək barədə qərarı ədalətsizlik və rüsvayçılıqdır”

“Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən istifadəyə qadağa qoyulması ədalətsizlik və rüsvayçılıqdır”.

"Report" "LeMatin.ch" xəbər portalına istinadən xəbər verir ki, bu barədə Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini bildirib.

Onun sözlərinə görə, Bastia şəhər məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı korsikalılar üçün təhqirdir.

Adanın İcra Şurasının prezidenti, hüquqşünas və siyasətçi Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis bu vəziyyətlə barışmağın ağlasığmaz olduğunu deyiblər. Onlar bu qərardan apellyasiya şikayəti verdiklərini bildiriblər.

Seçilmiş millətçi deputatlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin zəruri olduğunu söyləyiblər.

Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası tviter hesabında bu qərarı pisləyib və onu "rüsvayçı" adlandırıb.

Xatırladaq ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılması ilə bağlı prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR