İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiya ittihamı: sabiq müdafiə nazir müavini hərbi məhkəmə qarşısında  

Rusiya Müdafiə Nazirliyinin keçmiş nazir müavini, korrupsiyada ittiham olunan Pavel Popovun işi 235-ci qarnizon hərbi məhkəməsində baxılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi RİA Novosti-yə məlumat verib.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin sabiq nazir müavini Pavel Popov barəsində aparılan cinayət işi üzrə istintaq başa çatıb... İstintaq tərəfindən kifayət qədər sübut bazası toplanıb və bu səbəbdən ittiham aktı təsdiqlənmiş iş baxılması üçün 235-ci qarnizon hərbi məhkəməsinə göndərilib,” – məlumatda qeyd olunur.

Popov rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz silah saxlama maddələri ilə ittiham olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR