İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var

Bir yaşlı körpə Onurun imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova məlumat verib.

O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb:

"Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz piltəsi ilə oynayarkən, üzərinə içi su dolu qaynar çaydanı aşırıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orada müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi".

Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Onur dəriköçürmə əməliyyatı olunub. Hazırda evimizdəyik və onun müalicəsi üçün bizim 600 manata ehtiyacımız var. Dərmanlarını və mazlarını istifadə etmədiyimiz zaman onun yaraları suluqlayır, ağrıları artır. Yardımsevər şəxslərdən Onura dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 520-21-53.

Kapital Bank: 4169 7388 3418 3968.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR