Onlayn ictimai-siyasi qəzet
Həftəsonu Avrasiya İqtisadi Şurasının son iclasında İranla təşkilata üzv ölkələrinin müvəqqəti azad ticarət sazişinin qüvvəyə minməsi məsələsini müzakirə ediblər.
Tədbirdə həmçinin vahid gömrük tranziti sistemi haqqında saziş imzalanıb ki, bu da təkcə İranla deyil, Çin, Hindistan, Türkiyə və Özbəkistanı nəzərdə tuta bilər. Rusiyanın üçüncü ölkələrlə sərbəst ticarət müqavilələri üzrə sazişləri var, Misir, BƏƏ və İndoneziya ilə müqavilələrin bağlanması üçün danışıqlar aparılır.
Lakin İran və Rusiya bizim münasibətlərimizi və hər iki tərəfin dünya iqtisadi arenasında mövqeyini nəzərə alaraq, qarşılıqlı ticarətdə və İran ərazisindən keçən nəqliyyat marşrutlarının həyata keçirilməsində maraqlıdırlar. Odur ki, sazişin imzalanması və qüvvəyə minməsi (İran parlamentinin deputatları sənədi dekabrın 23-də ratifikasiya ediblər) təbii ki, qarşılıqlı iqtisadi mal və xidmət axınlarının artırılması baxımından irəliyə doğru ciddi addım olacaq.
İqtisad elmləri doktoru, Cozef Diskin İranın əslində Aİİ-ninABŞ-ın “qarınaltı” olduğuna diqqət çəkib. hətta təşkilatda müşahidəçi statusu alıb). Tehran kənd təsərrüfatı məhsullarının əsas ixracatçısıdır və neft məhsullarının ixracı potensialını saxlayır. Bu, bir tərəfdən Rusiya ilə İran arasında rəqabəti artırır, eyni zamanda, digər Aİİ ölkələrinin iqtisadi inkişafına töhfə verir. İranın neft və qaz ehtiyatlarının ixracını təmin edə bilməsi və Rusiyanın ixracını tamamlaması vacibdir. O, həmçinin Aİİ ölkələrinin əksəriyyətinin maraqlı olduğu Şimal-Cənub nəqliyyat dəhlizində iştirakını artıra bilər.
Haqqin.az yazır ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasına üç gün qalmış İran və Rusiya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırlaşır. Yanvarın 17-də İran prezidenti Məsud Pezeşkian Moskvaya səfəri zamanı hərtərəfli strateji tərəfdaşlığa dair saziş imzalayacaqlar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İran ilə imzalanacaq sənəddə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün müddəalar var. “Rusiya ilə İran arasında 2001-ci ildən qüvvədə olan münasibətlərin əsaslarına dair sənədi əvəz edəcək saziş imzalanmağa hazırdır və Suriyadakı vəziyyətlə bağlı heç bir düzəliş tələb etmir”, - Lavrov qeyd edib. Onun sözlərinə görə, saziş hərtərəfli xarakter daşıyır və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm mərhələ olacaq.
Lavrov vurğulayıb ki, sənəd son illərdə Rusiya və İranın əldə etdiyi mühüm irəliləyişi əks etdirir. Sazişdə əsas istiqamətlər arasında beynəlxalq təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq, terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilir. Sənəd müasir qlobal çağırışlara və təhdidlərə qarşı mübarizədə iki ölkə arasında sıx əməkdaşlığı da nəzərdə tutur.
Qeyd edək ki, sazişin mətni üzərində iş 2022-ci ilin yanvarında İranın keçmiş prezidenti İbrahim Rəisinin Moskvaya səfərindən sonra başlayıb. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko daha əvvəl müqavilənin imzalanmasını “tarixi hadisə” adlandıraraq, onun regional və qlobal siyasət üçün əhəmiyyətini vurğulamışdı. Xatırladaq ki, Rusiya daha əvvəl Şimali Koreya ilə də oxşar saziş imzalamışdı. Moskva ilə Pxenyan arasında strateji tərəfdaşlığın yaradılması nəticəsində Şimali Koreyanın hərbi qulluqçuları hazırda Rusiyanın Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşlərdə iştirak edirlər.
Başqa sözlə, Tehran və Moskva indi ictimai “hərtərəfli strateji tərəfdaşlığın” mümkünlüyünü qiymətləndirirlər. Və görünür, onlar Vaşinqtonun mümkün reaksiyasına baxaraq, bununla tələsmək fikrində deyillər.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ