İnsanlara hürriyət, millətlərə istiqlal!

“Könül dostları qrupu” bu dəfə 1000 uşağı sevindirdi - FOTOLAR, VİDEO

“Könül dostları qrupu” bu dəfə “1000 uşağı sevindirək” adlı-miqyaslı yeni aksiya ilə zəlzələdən zərər görmüş, xəsarət almış, doğmalarını itirmiş 1000 uşaq üçün müxtəlif hədiyyə bağlamaları təşkil edib. Könül dostları qardaş Türkiyəyə yalnız uşaqlar üçün müxtəlif əşyalar, oyuncaqlar göndərmədi, necə deyərlər, öz ürəklərinin hərarətini də göndərib".

Bu barədə Musavat.com-a millət vəkili Qənirə Paşayeva bildirib.

O bildirib ki, dünənki hədiyyələr Qardaş Yardımı Platforması rəsmilərinə təhvil verilib:

"Onlar bizə hədiyyələrin 9 martda qardaş ölkəyə yola salınacağını bildirdilər. Qarşıdan gələn Novruz bayramı və Ramazan ayı ərəfəsində bizim ürəyimizin hərarəti qardaş-bacılarımıza, onların uşaqlarına çatacaqsa, biz bundan azacıq da olsa təsəlli tapa biləcəyik. Biz birlikdə güclüyük! Könül dostlarımın hər birinə tək-tək təşəkkür edir, “Tanrı könlünüzə görə versin!” deyirəm! Dəyərlilərimiz - Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzazadə, Əməkdar rəssam Yusif Mirzə, rəssamlar Fikrət müəllim, Telman müəllim, Milena xanım, Safura xanım, Afa xanım, Ceyhun müəllim, Firəngiz xanım, Aydın bəy, Salatın xanım, Tünzalə müəllimə, Səadət xanım, Rüstəm müəllim, İradə xanım, Nigar xanım, Canilya xanım, Nərgiz xanım, Arzu xanım, Nailə xanım, Hicran müəllim, Aynur xanım, Aygül xanım, Sədaqət xanım, Elmar bəy, Mübariz müəllim,Nurəddin müəllim, Lalə xanım, Qafil müəllim, Leyla xanım, Yeganə xanım, Umut müəllim, Toğrul müəllim, Afa xanım, Səriyyə xanım, Rahilə xanım, Nailə xanım, Aynur həkim, Təranə Seid, Tahir Əmraslan, Əliş müəllim, Mələknisə xanım, Şəmil bəy, Aynur xanım, Mahirə xanım, Peykan müəllim, Fərhad müəllim, Asiman həkim, Təranə xanım, Pərvanə xanım, Aynur Musayeva, Gülpəri xanım,Şəhla xanım, Yazgül xanım, Rəna xanım, Nilufər xanım, Əsmətxanım müəllimə, Əkbər bəy, Sevinc xanım, Sevinc xanım , Zülfiyyə xanım, Əsmayə xanım, Pakizə xanım, Natiq müəllim, Məlahət xanım, Nailə xanım, Dilarə xanım, Nazim müəllim, Məhbubə xanım, Vəsilə xanım,Tahir müəllim, Naiq müəllim, Şahram bəy, Rauf bəy, Fidan xanım, Qaragöz müəllim, İlqar Veysəloğlu çox sağ olun! Allah razı olsun!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR