Onlayn ictimai-siyasi qəzet
ABŞ artıq Ermənistana silah verməlidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə amerikalı konqresmen Bred Şerman özünün X mikrobloqunda yazıb.
“İndi işğalın (?) qarşısını almaq üçün Ermənistanı adekvat müdafiə silahları ilə təchiz etməliyik. “Ermənistanın ərazi bütövlüyü ABŞ-ın milli maraqlarına daxil deyil” deyə bilmərik”,-deyə Bred Şerman bildirib.
Qeyd edək ki, Bred Şerman ABŞ Nümayəndələr palatasına Kaliforniya ştatından, 35-ci dairədən (San Fernando) seçilib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ