İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri valyutadəyişmə məntəqələrini açmağa çağırdı

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında valyutadəyişmə məntəqələrinin açılması zərurətindən danışıb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, vaxtilə 5 minədək valyutadəyişmə məntəqəsində ümumilikdə 20 minədək işçi ailəsinə çörək aparırdı.

“Bu məntqələrin yaradılması işsizlərin sayının artmasına səbəb oldu, əvəzində metrostansiyaların qarşısında, parklarda “qara bazar” fəaliyyətə başladı”.

Siyavuş Novruzov qeyd edib ki, ölkəmiz turizmin inkişafına xüsusi diqqət yetirir: “Deyək ki, turistlər valyuta mübadiləsini həyata keçirmək istəyirlər, amma şəhərdə qeyri-iş günlərində bir-iki məntəqə fəaliyyət göstərir. Əhmədlidə pul dəyişmək istəyən gərək gəlsin şəhərin mərkəzinə, valyutasını dəyişsin. Düzdür, girov da çoxdur, 50 min girov tələb olunur. Elə olur ölkədə 7 gün iş olmur, bəs, turistlər, yaxud vətəndaşlar valyutanı harada dəyişsinlər? Dünyanın hər yerində elə dayanacaq formasında valyutadəyişmə məntəqələri fəaliyyət göstərir, bizdə də bu cür məntəqələr açmaq olar. Bu, həm iş yeridir, həm vətəndaşların, həm də turistlərin rahatlığı üçün vacibdir”.

S.Novruzov deyib ki, 100 min pul banka qoyulanda sığortası yoxdur: “Niyə? Belə çıxır ki, bank vətəndaşı vadar edir ki, pulunu evdə saxlasın”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR