İnsanlara hürriyət, millətlərə istiqlal!

Komissiya açıqladı: Qəzada ölən digər 22 nəfərin meyiti...

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının dekabrın 27-də keçirilmiş iclasında bildirilib.

Bununla yanaşı, Dövlət Komissiyasının üzvlərinə hadisədə xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.

Qeyd edək ki, qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün meyiti dekabrın 26-da ölkəyə gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR