Onlayn ictimai-siyasi qəzet
Kolumbiya prezidenti Qustavo Petro Ticarət Nazirliyinə ABŞ-dan idxal olunan mallara rüsumları 25 faizə qədər artırmağı əmr edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Petro sosial media hesabında yazıb.
"Qiyməti qalxacaq Amerika malları yerli mallarla əvəz olunmalıdır və hökumət bu işdə kömək edəcək", - o qeyd edib.
Qərar ABŞ prezidenti Donald Trampın Kolumbiyadan gələn mallara 25 faiz idxal rüsumları tətbiq etməsinə cavab olaraq açıqlanıb.
Bazar günü Tramp öz administrasiyasına ABŞ-dan iki təyyarə dolu qanunsuz miqrantı qəbul etməkdən imtina etdiyi üçün Kolumbiyaya dərhal 25 faizlik tariflər və digər tədbirlər tətbiq etməyi əmr edib.
Musavat.com
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ